Archive
Dictionary
(ingiliscə - The Linaburg-Maduell Transparency Index - Linaburg-Maduell Şəffaflıq İndeksi) - Müstəqil zənginlik fondlarının Linaburg-Maduell Şəffaflıq İndeksi (The Linaburg-Maduell Transparency İndex) İsveçrənin Suveren Zənginlik Fondu İnstitutunda (The Sovereign Wealth Fund Institute) Carl Linaburg və Michael Maduell tərəfindən formalaşdırılmış ölkələrdə müstəqil zənginlik fondlarının şəffaflıq reytinqini müəyyənləşdirən, reytinq göstəricisidir. Hazırda İnstitutun davam edən layihələrindən biridir. İndeks ölkələrdə müstəqil zənginlik fondlarının şəffaflıq reytinqini müəyyənləşdirir. İndeks şəffaflığın müəyyənləşdirilməsində hər biri 1 balla qiymətləndirilən 10 əsas prinsipə əsaslanır: 1) Fond yaranma səbəbi, zənginliyinin mənbəyi və hökumət mülkiyyətinin strukturu da daxil olmaqla tarixi reallıqlarını ictimaiyyətə təqdim edir; 2) Fond vaxtaşırı müstəqil auditordan keçmiş illik hesabatlar hazırlayaraq ictimaiyyətə təqdim edir; 3) Fond şirkət səhmlərinin mülkiyyət payları və səhmlərin yerləşmə coğrafiyasını ictimaiyyətə təqdim edir; 4) Fond məcmu portfel bazar dəyəri, gəlirləri və menecment kompensasiyasını ictimaiyyətə təqdim edir; 5) Fond etik standartlar, investisiya siyasətləri və təlimatların qüvvəyə minməsi haqqında məlumatları ictimaiyyətə təqdim edir; 6) Fond aydın strategiyalar və məqsədlərini ictimaiyyətə təqdim edir; 7) Fond, əgər uyğundursa, filiallarını və əlaqə vasitələrini aydın şəkildə eyniləşdirir; 8) Fond, əgər uyğundursa, xarici menecerləri eyniləşdirir; 9) Fond öz internet səhifəsini idarə edir; 10) Fond baş ofisin adresini və telefon, faks kimi əlaqə vasitələrini ictimaiyyətə təqdim edir. İndeks ölkələrin müstəqil zənginlik fondlarının şəffaflıq səviyyəsini 10 ballıq sistem çərçivəsində qiymətləndir. 1 bal minimum səviyyəni, 10 bal isə maksimum səviyyəni göstərir. İnstitut bir fondun məqbul şəffaflıq səviyyəsində olması üçün ən azı 8 bal almasının zəruri olduğunu tövsiyə edir.