gototop gototop

Dictionary

MÜHASİBAT UÇOTU

(ərəbcə - mühasib - saymaqalmanca - buxqalter - «kitiab saxlayan») - müəssisənin təsərrüfat vəsaitini, mənbəyini, təsərrüfat fəaliyyəti və nəticələrini, hesablaşma, kredit və maliyyə münasibətlərini özündə əks etdirən uçot növü. Mühasibat uçotunda təsərrüfat əməliyyatları icrasının müşahidə vasitəsi sənəddir. Mühasibat uçotu statistik və operativ uçotdan uçot məlumatlarının işlənməsi və istifadə edənə ötürülməsi ilə fərqlənir. Təsərrüfatlaşan subyektdə mühasibat uçotu təsərrüfat fəaliyyətindən başqa onun ictimai tərəfini öyrənən statistik uçotdan dar, təsərrüfat fəaliyyətinin yalnız ayrı-ayrı tərəflərini öyrənən operativ uçotdan daha geniş imkanlara malikdir. Müəssisənin təsərrüfat əməliyyatları, öhdəlikləri və əmlakı haqqında məlumatlar mühasibat uçotunda əhatəli və fəsiləsiz olmalıdır. Belə vəziyyət statistik və operativ uçotda məcburi deyildir.