Archive
Dictionary
MİLLİ TƏHLÜKƏSİZLİK
(ingiliscə - national security - milli təhlükəsizlik) - dövlətin daxili və xarici təhlükələrdən qorunma səviyyəsini, kənardan mənfi təsirlərə müqavimət dayanaqlılığını və ölkənin mövcudluğu üçün cəmiyyətin, onun vətəndaşlarının stabil inkişafını təmin edən daxili və xarici şərtlər məcmusu. Milli təhlükəsizliyin əsas tərkib hissələri kimi dövlət təhlükəsizliyi, ictimai təhlükəsizlik, texnogen təhlükəsizlik, iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, informasiya təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. çıxış edirlər.