Archive
Dictionary
MİLLİ GƏLİR
MG - (ingiliscə - national income - milli gəlir) - istehsal üçün bütün material xərcləri çıxdıqdan sonra alınan məcmu ictimai məhsulun hissəsinin dəyəri. MG ölkənin iqtisadi inkişafının ümumiləşdirici göstəricilərindən biri olaraq maddi istehsalda yenidən yaradılmış dəyəri ifadə edir. MG istehsalçılar tərəfindən istehsal və ya ehtiyatlar amili tədarükçülərinə odənilir. Onların arasında əmək ehtiyatları başlıca rol oynayır, bunlara görə əhali əməkhaqqı şəklində gəlir alır. MG-nin digər tərkib hissələri kapitala, rentaya və gəlirə görə faiz şəklində əldə olunan gəlirlərdir. Əhali baxımından MG ehtiyat tədarükçüləri tərəfindən cari istehsalda iştirakdan əldə etdikləri gəlirlərin cəmindən ibarətdir.