gototop gototop

Dictionary

MİQRASİYA

(latınca - migratio - köçmə, yerləşmə) - insanların bu və ya digər səbəbdən bir yerdən başqa yerə köçməsi prosesi. Öz ölkəsindən getmə emiqrasiya, əks proses isə immiqrasiya adlanır. Miqrasiya daxili və xarici növlərə malikdir. Onun səbəbləri müxtəlif ola bilər. Əksərən iqtisadi vəziyyətlə bağlıdır.