gototop gototop

Dictionary

MƏCBURİ KÖÇKÜN

(ingiliscə - forced settler, forced migrant - məcburi köçkün) - özünə və ya ailə üzvlərinə qarşı zorakılığa və ya başqa formalarda təqibə, eləcə də təqibə məruz qalmaq kimi real təhlükə səbəbindən yaşayış yerini tərk edən şəxs. Anlayış hər bir ölkə qanunverciyi üzrə müxtəlif analogiyalarda təsbit olunur. Azərbaycan Respublikası qanunvericiliyinə görə, “məcburi köçkünlər xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir”.