gototop gototop

Dictionary

AUKSİON, hərrac

(latınca - auctbo - onis - artırma, qiymətin artırılması yolu ilə satış) - əvvəlcədən müəyyən edilmiş yerdə və dövrdə bir sıra əşyaların ayrı-ayrı hissələrlə, şifahi ticarət yolu ilə ümumi aşkarlıq şəraitində satılması nəzərdə tutulur. Auksionun könüllü və məcburi növləri vardır. Könüllü auksion öz əmtəəsini daha sərfəli satmaq istəyən şəxslər tərəfindən təşkil edilir. Məcburi auksionlar isə məhkəmə və dövlət orqanları tərəfindən borclarını verə bilməyənlərin, yaxud vermək istəməyənlərin əmlakını, müsadirə edilmiş əmtəələri və yükləri, girov qoyulub vaxtında geri götürülməyən mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və digər mal-mateiral qiymətlilərini satmaq məqsədi ilə təşkil olunur.