Archive
Dictionary
MARKETİNQ
(ingiliscə - market - bazar, latınca - mercare - ticarət, alış veriş etmək) - menecmentin yaradıcılıq funksiyası olmaqla firma xaricində yaranan meyillərin, onun istehsal tələblərinə təsir edən amillərin məcmusu. Bir sənət kimi, marketinq istehlakçıya yüksək tələbli əmtəə və xidmətlər təklif etməklə, qiymətin düzgün təyin olunmasını, satış kanalının seçilməsini və reklamın təşkilini gerçəkləşdirir. Bazarın problem və perspektivlərini, tələblərini kompleks öyrənmək, müəssisənin imkanları çərçivəsində əmtəə çeşidini planlaşdırmaq, bazar tələbi ilə müəssisə imkanlarının üst-üstə düşməsi ilə tələbi formalaşdırmaq, satış tədbirlərini və əməliyyatlarını təmin etmək, planlaşdırmaq marketinqin əsas funksiyalarıdır.