gototop gototop

Dictionary

MAKROİQTİSADİYYAT, MAKROEKONOMİKA

(yunanca - macroeconomics - böyük iqtisadiyyat) - ölkənin, cəmiyyətin ən başlıca iqtisadi normaları əsasında milli iqtisadiyyatı xarakterizə edir. Buraya genişliklə ictimai məhsulun məcmusu, milli gəlirin kəmiyyəti, artımı və bölgüsü, sosial tələbatların ödənilmək səviyyəsi, inflyasiya, işsizlik, büdcə defisiti, iqtisadi artım, iqtisadiyyatın dövlət tənzimlənməsi kimi problemlərin öyrənilməsi daxildir. Makroiqtisadiyyatda bütün göstəricilər aqreqat formada ölçülür.