gototop gototop

Dictionary

LOGİSTİK SƏMƏRƏLİLİK İNDEKSİ

(ingiliscə - Logistics Performance Index, LPI - loğistikanın səmərəlilik əmsalı) - Dünya Bankı tərəfindən Finlandiyanın Turku Universiteti ilə birlikdə müxtəlif ölkələrdə logistikanın inkişaf səviyyəsini qiymətləndirmək üçün hazırlanmış metodika. Konkret ölkədə logistikanın inkişafını, ticarət-logistik mühiti qiymətləndirmək və onun reytinqini müəyyən etmək üçün Dünya Bankının ekspertləri tərəfindən 6 mühüm meyar götürülür. Buraya gömrük və sərhəd qeydiyyatının effektivliyi (customs), ticarət və nəqliyyat infrastrukturunun keyfiyyəti (infrastructure), rəqabətqabiliyyətli qiymətlərlə beynəlxalq daşınmanın təşkilinin sadələyi (international shipments), logistik xidmətlərin keyfiyyət və səriştəliliyi (logistics quality and competence), daşınan yükləri izləmə imkanı (tracking & tracing) və yüklərin vaxtında çatdırılması (timeliness) daxildir. İndeks beynəlxalq, milli və ya regional logistik operatorlar, yüklərin daşınmasını avtomobillər, dəmir yolu, su və hava nəqliyyatı növləri vasitəsi ilə təşkil edən və müvafiq funksiyaları yerinə yetirən nəqliyyat-ekspeditor təşkilatları, anbar operatorları tərəfindən aparılan sorğular əsasında müəyyən edilir.