gototop gototop

Dictionary

LOBBİZM

(ingiliscə - lobbyism, lobby - dəhliz, kənar, pərdəarxası) - dövlət hakimiyyəti orqanlarında ayrı-ayrı şəxslər və  korporativ strukturlar üçün faydalı siyasi qərarların qəbuluna nail olmaq məqsədi ilə onların maraqlarının təmin olunması prosesini özündə ehtiva edən siyasi sistem institutu. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində iri təşkilatlar və assosiasiyalar lobbizmlə məşğul olurlar. Lobbizm iqtisadi qanunvericiliyin ayrılmaz hissəsini təşkil edir. ABŞ-da qüvvədə olan lobbizm qanunu 1946-cı ildə Konqres tərəfindən qəbul edilmişdir.