gototop gototop

Dictionary

LİZİNQ

(ingiliscə - leasing - icarə, latınca - laxare - azad etmək) istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya vermək məqsədilə həyata keçirilən xidmət növü. Lizinq müqaviləsinin obyekti istehsal vasitələri - binalar, maşınlar, dəzgahlar, nəqliyyat vasitələri və digər əmlak ola bilər. Öz əmlakını lizinq müəssisələrinə satan və ya əmlakı satın almaqla onu icarəyə verən lizinq müəssisələri, əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslər lizinq müqaviləsinin subyektləri sayılırlar. Lizinq iştirakçısı kimi üç tərəf - satıcı, lizinq müəssisəsi və icarəçi çıxış edir.