Archive
Dictionary
LİKVİDLİK BÖHRANI
(ingiliscə - liquidity crisis - likvidlik böhranı) müəssisələrin, şirkətlərin, bankların aktivlərinin bazar qiymətinə yaxın qiymətə tez satış qabiliyyətinin, həmçinin, öz öhdəliklərini və təqdim olunan qanuni pul tələblərini vaxtında ödəmək qabiliyyətinin olmaması.. Müxtəlif vaxtlarda dünyanın bir çox iri bankları, o cümlədən ABŞ-ın Fanni Mey (Fannie Mae), Freddi Mak (Freddie Mac) və Leman Brazas (Lehman Brothers) bankları da likvidlik böhranına məruz qalmışlar, sonuncu isə, üstəlik, iflasa da uğramışdır.