gototop gototop

Dictionary

LEVERİC

(ingiliscə - leverage - vasitənin hərəkəti) - təsbit olunmuş və olunmamış gəlirlərə, qiymətli kağızlara kapital qoyuluşuna, əmtəə ehtiyatlarının kapital məbləğinə, xüsusi kapitalın borc kapitalına nisbəti kimi çoxməzmunlu mahiyyət daşıyır. Leveric həm də təşkilatın investisiya siyasətinin səmərəliliyinin, maliyyə və istehsal riskinin dərəcəsini qiymətləndirən iqtisadi metoddur. Praktiki prizmada leveircə istehsal-maliyyə fəaliyyətinin nəticələrinin nisbi dəyişməsinə təsir edən iqtisadi alət kimi də yanaşılır. Çoxnövlü olmasına baxmayaraq, əsasən üç - istehsal, maliyyə maliyyə-istehsal formasında çıxış edir.