Archive
Dictionary
LATIN AMERİKASI İNTEQRASİYA ASSOSİASİYASI - LAIA
(ingiliscə - Latin American Integration Association - Latın Amerikası İnteqrasiya Assosiasiyası) - regional iqtisadi əməkdaşlığın və ticarətin inkişafı, regional bazarın formalaşması məqsədilə yaradılmı, 11 ölkəni - Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Meksika, Paraqvay, Uruqvay, Peru, Ekvador və Çilini əhatə edən dövlətlərarası regional birlik. Assosiasiyanın hüquqi əsasını 1980-ci il “Montevideo Müqaviləsi” təşkil edir. LAIA-nın mənzil-qərargahı Uruqvayın paytaxtı Montevideo şəhərində yerləşir.