Archive
Dictionary
QLOBAL EKOLOJİ PROBLEM
(ingiliscə - global environmental problem - qlobal ekoloji problem) təbiət-cəmiyyət qarşılıqlı münasibətləri sistemində meydana çıxan, planetar səciyyə daşıyan və həll edilməsi zəruri, təxirəsalınmaz, kəskin və mürəkkəb olan ekoloji problemlərin məcmusu. Əsas qlobal ekoloji problemlər sırasında - təbii ehtiyatların tükənməsi təhlükəsi, ətraf mühitin çirklənməsi, təbii mühitin mühafizəsinin pozulması və əhalinin yaşayış vasitələri ilə təmin olunmasının pisləşməsi yer alır.