Archive
Dictionary
QƏRBİ AFRİKA İQTİSADİ VƏ VALYUTA İTTİFAQI - UEMOA
(fransızca - Union économique et monétaire ouest-africaine, UEMOA, ingiliscə - The West African Economic and Monetary Union, WAEMU - Qərbi Afrika İqtisadi və Valyuta İttifaqı, QAİVİ) Qərbi Afrikanın 8 dövləti - Benin, Burkina Faso, Kot-dİvuar, Qvineya-Bisau, Mali, Niger, Seneqal və Toqonun təmsil olunduğu regional ticarət-iqtisadi ittifaqdır. 1994-cü ildə təsis edilmişdir.