gototop gototop

Dictionary

QƏRBİ AFRİKA DÖVLƏTLƏRİ İQTİSADİ CƏMİYYƏTİ - ECOWA

(ingiliscə - The Economic Community of West African States, ECOWAS, fransızca - Communauté Économique des États de l'Afrique de l'Ouest, CEDEAO - Qərbi Afrika Dövlətləri İqtisadi Cəmiyyəti, QADİS) - Qərbi Afrikanın 15 dövləti - Benin, Burkina Faso, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Kot-dİvuar, Kabo-Verde, Liberiya, Mali, Niger, Nigeriya, Seneqal, Serra Leone və Toqonun təmsil olunduğu, hərbi funksiyalar da daşayın regional iqtisadi ittifaqdır. 1975-ci ildə təsis edilmişdir. ECOMOG adlı kollektiv hərbi qüvvələrə malikdir. Mənzil-qərgarı Nigeriyanın paytaxtı Abudca şəhərində yerləşir.