Archive
Dictionary
QEYRİ-TARİF MƏHDUDİYYƏTLƏRİ
(ingiliscə - non-tariff restrictions - qeyri-tarif məhdudiyyətləri) - xarici ticarətiin tənzimlənməsi aləti olaraq gömrük-tarif siyasəti çərçivəsindən kənara çıxan iqtisadi və inzibatı tədbirlərin məsmusu. Qeyri-tarif məhdudiyyətləri qeyri-tarif baryerləri də adlanır. Bu məhdudiyyətlərə idxala inzibati qadağa, kəmiyyət məhdudiyyətləri (kvotalaşma), səhyyə, təhlükəsizlik, ekoloji standartların tətbiqi, minimal qiymətin müəyyən edilməsi, malların çəkilib qablaşdırılması və markalanması qaydalarının tətbiqi və s. aiddir.