gototop gototop

Dictionary

KREDİT İTTİFAQI

banklara qeyri-kommersiya alternativi olaraq əhalinin kütləvi və cəlbedici maliyyə təşkilarlarından biri. Kredit ittifaqları XIX-XX əsrlər əhatəində yaranmışdır və hazırda dünyanın 90-na qədər ölkəsində fəaliyyət göstərirlər. Kredit ittifaqları borc, əmanət, istehlak kooperativi olaraq öz üzvlərinə (payçılara) əlverişli ucuz kreditlərin və onların şəxsi qənaəti (yığımı) üçün sabit gəlirlərin təmin edilməsi prinsipləri əsasında vətəndaşların könüllü birləşməsi kimi yaradılır. Kredit ittifaqı qeyri-kommersiya mənfəətsiz maliyyə institutları kimi sabitlik, etibarlılıq, stabillik, qeyri-mənfəətlilik devizi ilə fəaliyyət göstərirlər. Azərbaycanda kredit ittifaqlarının fəaliyyəti «Kredit ittifaqları haqqında» qanunla tənzimlənir.