Archive
Dictionary
KONVENSİON FAKTORİNQ
(ingiliscə - conventional factoring - konvension faktorinq, müqavilə əsaslı faktorinq) - müştərilərə bank, faktor-şirkətlər tərəfindən universal maliiyyə xidmətlərinin göstərilməsi sistemi. Bu zaman həmin qurumlar müştərinin istehsal funksiyalarını rahatlıqla yerinə yetirmələri üçün nəinki borcun qaytarılmasına kimi kreditləşməni, borcun özünün geri alınmasını, həm də mühasibat, satış, reklam, söğorta və s. işlərini də öz üzərilərinə götürürlər.