Archive
Dictionary
KOSMONAVTİKA
(yunanca - κόσμος - kainat, və ναυτική - gəmiçilik, gəmisürmə sənəti) - avtomat və pilotlaşdırılmış (insanlı) kosmik aparatların köməyi ilə Yer atmosferindən kənar kosmik məkanın tədqiqi və öyrənilməsi üzrə naviqasiya nəzəriyyəsi və təcrübəsi. Kosmonavtika kosmik uçuşların elm və texnologiyası olmaqla müasir elm və texnikanın əsas qaynaq elementi və dünyəvi tərəqqinin başlıca stimul mənbəyidir. Kosmonavtika müasir zamanda milli və dünya iqtisadiyyatını özünün qanun və inkişaf meyillərinə bağlayan təbii funksional bir sahəsinə çevirmişdir. O, öz sahəsi ilə yanaşı iqtisadi inkişafa da aktivlik gətirir. Kosmonavtika sahəsində mühüm amil kimi kosmik fəaliyyətin inteqrasiyası və kommersiyalaşması çıxış edir.