Archive
Dictionary
“ASAN xidmət”-(ingiliscə - Azerbaijan Service and Assessment Network, ASAN - Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi, ASAN) - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vasitəsi ilə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi. “ASAN xidmət” milli brend olaraq “Elektron hökumət”lə qarşılıqlı əlaqə və fəaliyyətdə “bir qapı” prinsipli - yəni ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən bir mərkəzdə eyni məkanda və eyni vaxtda fiziki istifadə imkanlı təsisat olaraq çıxış edir. Agentliyin “Elektron hökumət”lə qarşılıqlı əlaqəsini onun elektron xidmətlər reyestrinin operatoru funksiyasını yerinə yetirməsi daha da mükəmməlləşdirir. Bütün bunlar isə məsrəflərin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığa və şəxsi rahatlığa şərait yaradaraq dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafına təkan verir.