gototop gototop

Dictionary

AÇIQ DƏNİZ

(ingiliscə - open sea - açıq dəniz) dünya okeanının heç bir dövlətin yurisdiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsi. Dəniz və okeanların dibi xüsusi hüquqi statusa malik olduğuna görə açıq dəniz anlayışına daxil deyildir. Beynəlxalq qanunvericiliyə görə, hər hansı bir dövlət açıq dənizin bu və ya digər hissəsini öz suverenliyinə tabe etdirə bilməz. Açıq dənizin hüquqi rejiminə beynəlxalq hüquq normalarının tələblərini və başqa dövlətlərin maraqlarını nəzərə almaqla gəmiçilik, uçuş, balıqçılıq, elmi tədqiqatlar aparmaq, süni adalar və qurğular yaratmaq, sualtı boru kəmərləri və kabel çəkilişi azadlıqları daxildir.