Archive
Dictionary
(ingiliscə - Collective Security Treaty Organization, CSTO - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, KTMT) 1992-ci ilin 15 mayında Daşkənddə MDB-yə üzv olan 6 ölkə - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan hərbi-siyasi ittifaq. KTMT üzv ölkələrin təhlükəsizliyini təmin edən kollektiv hərbi qurumdur, məqsədi üzv dövlətə hücüm zamanı təcavüzün birgə dəf edilməsidir. Quruma sonradan Azərbaycan (24 sentyabr 1993-cü il), Gürcüstan (9 dekabr 1993-cü il) və Belarus (31 dekabr 1993-cü il) müşahidəçi qismində qoşulmuş, digər MDB üzvləri - Ukrayna, Moldova və Türkmənistan isə ümumiyyətlə bu qurumda iştirakdan imtina etmişlər. Bir qədər sonra, KTMT-in prinsipləri, məramı və şərtləri Azərbaycan və Gürcüstanı qane etmədiyindən, hər iki ölkə bu təşkilatla əməkdaşlıqdan imtina etmiş və 1999-cu ildən qurumda müşahidəçi qismindəki iştiraklarını da dayandırmışlar. Eyni addımı az sonra Özbəkistan da atmış, sonradan yenidən KTMT-ə qayıtmış və 19 dekabr 2012-ci ildən yendən üzvlüyünü dayandırmışdır. Hazıda KTM-in üvləri 6 keçmiş SSRİ dövləti - Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistandır. Müqavilə hər 5 ildən bir avtomatik uzadılır. KTMT çərçivəsində birgə hərbi təlimlər keçirilsə də, bir dəfə də olsun hər hansı hərbi əməliyyatlarda iştirak etməmiş yeganə hərbi-siyası təşkilat olaraq qalır.