Archive
Dictionary
KEYFİYYƏT
(ingiliscə - quality - keyfiyyət) əmtəələrin, məhsulların, xidmətlərin, işlərin, əməyin öz təyinatına və tələbata uyğun gəlməsi, insanların ehtiyac və tələblərini təmin etməsi qabiliyyətini şərtləndirən xassələrinin, əlamətlərinin məcmusu. Keyfiyyət standartların, müqavilələrin, sazişlərin, istehlakçıların tələblərinə əmtəələrin, işlərin xidmətlərin uyğunluğu dərəcəsi ilə müəyyən olunur. Əmtəələrin, xidmətlərin, materialların, əməyin, işlərin keyfiyyəti bir-birindən fərqlənir.