Archive
Dictionary
KEŞ-FLOU
“KEŞ-FLOU” (ingiliscə - cash flow - pul axını) 1) alınan və ödənilən nağd pul məbləği, pul axını; 2) kapital qoyuluşlarına tələbi, nağd pul defisitini, daxilolmaların təsbitini, müəssisənin özünümaliyyələşdirmə imkanlarını təyinetmə imkanlarını əks etdirən pul axınları planı; 3) müəyyən mərhələdə şirkətin nağd daxilolmaları ilə ödənişləri arasında fərq - brutto - “keş-flou”. “Keş-flou”nun sionimi kimi “nağd pul axınları” ifadəsi işlənir.