Archive
Dictionary
ARKTİKA ŞURASI
(ingiliscə - Arctic Council - Artika Şurası) - şimal qütb zonasının unikal təbiətinin müdafiəsi məqsədi ilə Finlandiyanın təşəbbüsü ilə 1989-cu ildə yaradılmış beynəlxalq təşkilat. Arktika Şurasına səkkiz qütb ölkəsi - Danimarka, Finlandiya, İslandiya, Kanada, Norveç, Rusiya, İsveç və ABŞ daxildir. Müşahidəçi ölkələr - Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Polşa və İspaniyadır. Mənzil qərərgahı Norveçin Tromsye şəhərində yerləşir.