Archive
Dictionary
AÇIQ CƏMİYYƏT
(ingiliscə - Open society - Açıq cəmiyyət) Dinamik sosial strukturlu cəmiyyət. Müxtəlif təsnifatlandırmalarda cəmiyyət tiplərindən biri. “Açıq cəmiyyət” anlayışı ingilis filosofu Karl Paumind Popperin (1902-1994) fəlsəfi irisinin məhsulu kimi totalitar cəmiyyət anlayışına antiteza olaraq irəli sürülmüşdür və sonradan azadlığa nail olmanın ictimai şərtləri kim təyinat almışdır. Açıq cəmiyyət həmçinin London iqtisadi məktəbinin nümayəndəsi Fridrix fon Hayekin (1899-1992) “konstitusiya azadlığı” siyasi və iqtisadi anlayışına sosial ekvivalent olaraq götürülür.