Archive
Dictionary
KAPİTALİZM
(latınca - capitalis - başlıca, əsas, başçı) şəxsi mülkiyyət və azad rəqabətin hökm sürdüyü iqtisadi sistem. Daha çox Avropa, ABŞ, Yaponiya, Avstraliyada intişar tapmışdır. “Kapitalizm” termini digər iqtisadi termin kapitaldan başlanğıc alır. Onun ilk əlamətləri Qədim Romada müşahidə olunmuş və ticarətin, sənayeləşmənin, bank işinin təşəküllü ilə XV əsrdə daha geni. təzahürdə gerçəkliyə çevrilmişdir. XVII əsrin sənaye inqilabı kapitalist münasibətlərinin inkişafında yeni amil olmuşdur. Kapitalizm azad sahibkarlıq və yaxud «xalis kapitalizm» formasında nisbətən XIX əsrdə Böyük Britaniya iqtisadiyyatında görünmüşdür.