Archive
Dictionary
KADASTR
(fransızca - cadastre - səhifə, reystr, siyahı) dövri və ya fasiləsiz müşahidələr yolu ilə müvafiq obyekt haqqında sistemləşdirilmiş məlumatların məcmusu; resursların yerləşməsi, keyfiyyət xarakteristikası, təyinatı, dəyəri və s. bu kimi məlumatlar əsasında rəsmi orqan və ya müvafiq təsisat tərəfindən sistemləşdirilmiş sənəd; daşınmaz əmlakla əlaqədar məlumatların dövlət tərəfindən aparılan reyestri. Torpaq, su, meşə, canlı aləm, külək, günəş, faydalı qazıntılar yatağı kadastrları və s. fərqləndirilir. Kadastr məlumatları vergilərin hesablanması, təbii resurslardan istifadə haqqı, obyektin icarəsi, girovu və satışı ilə əlaqədə istifadə olunur.