Archive
Dictionary
məhsul (iş və xidmət) hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəflərinin məcmusu. Əmtəə-pul münasibətləri şəraitində dəyər formasında çıxış edir. İctimai istehsal xərcləri və müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri fərqləndirilir. İctimai istehsal xərclərinə istehlak edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni yaradılmış dəyər daxildir. Bu xərclər əmtəə dəyərinə bərabərdir və əmtəənin qiymətini müəyyənləşdirərkən nəzərə alınır. Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri əmtəənin dəyərindən azdır. Bu xərclər məhsulun maya dəyəri kimi çıxış edir; maya dəyərinə isə istehlak edilmiş maddi ehtiyatlara və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər daxil edilir. İstehsal xərclərinin birbaşa, dolayı, şərti-dəyişən, şərti-daimi, əsas, əlavə, sadə, kompleks, son hədd növləri vardır.