Archive
Dictionary
İSTİLİK ELEKTRİK STANSİYASI, İES
(ingiliscə - Thermal Power Plant, ТPP - İstilik Elektrik Stansiyası, İES) elektrik generatorunun fırlanması ilə yanacağın kimyəvi enerjisini mexaniki enerji çevirməklə elektrik enerjisi hasil edən elektrik stansiyası. İES-lərdə yancağın yandırılması nəticəsində alınan istilik enerjisi vasitəsilə su istilikdaşıyıcıya (buxara) çevrilir, o isə öz növbəsində enerjisini elektrik cərəyanı generatorunun rotorunu hərəkətə gətirən turbinə verir və elektrik enerjisi istehsal olunur. Hazırda İES-lərin 60%-i daş kömürlə işləyir ki, bu göstərici CAR-da 100%, Avstraliyada 75%, Almaniya və ABŞ-da isə 50%-dən çoxdur. Son illərdə İES-lərdə qaz resurslarından istifadə genişlənməkdədir.