gototop gototop

Dictionary

İPOTEKA

(yunanca - hypotheke - qoyuluş, girov) borc pul üçün təminat rolunu oynayan əmlakın (torpağın, evlərin və digər tikililərin) girov qoyulması forması. İpoteka girovun elə növüdür ki, bu zaman girov qoyulan əmlak borclunun mülkiyyətində qalır, kreditor isə borclu öz öhdəliyini yerinə yetirə bilmədiyi halda həmin əmlakın satılması hesabına kompensasiya almaq hüququ qazanır. İpoteka və ipoteka kreditləşməsi anlayışları bir-birindən fərqləndirilir ki, bu zaman kredit bank tərəfindən daşınmaz əmlakın girovu kimi verilir. İpoteka krediti ipoteka sisteminin tərkib hissələrindən biridir. Daşınmaz əmlak almaq üçün kredit alarkən alınan daşınmaz əmlakın özü banka ipoteka (girov) kimi - kreditin qaytarılması qarantı kimi daxil olur.