gototop gototop

Dictionary

İNTERVENSİYA

(latınca - interventio - müdaxilə) iqtisadi sferaya siyasətdən daxil olmuş termindir. İqtisadiyyatda intervensiya təsərrüfat və iqtisadi həyata məqsədyönlü təsir, dövlət müdaxiləsi ilə bağlıdır. Dövlətin iqtisadi intervensiyası özəlləşdirmə, reprivitizasiya, deflyasiya və s. iqtisadi alət və mexanizmlərlə reallaşdırılır. İntervensiya olmadan dövlət iqtisadiyyatda təzahür edən disproporsiyaları tənzimləyə və təcrid edə bilməz. İqtisadi liberalizmin banisi F.Xayek dövlətin iqtisadiyyata müdaxiləsinin qəti əleyhdarı kimi tanınır. Özünün bu sahədəki radikalizmində alim dövlətin hətta kredit-pul siyasətindən çəkinməsini tövsiyə etmiş, pulların buraxılışının, emissiyasının şəxsi əllərə verilməsi təşəbbüsü ilə çıxış etmişdir.