Archive
Dictionary
ATOM ELEKTRİK STANSİYASI, AES
(ingiliscə - Nuclear Power Plant, NPP- Atom Elektrik Stansiyası, AES) - nüvə (atom) enerjisini elektrik enerjisinə çevirən stansiya. Xammal kimi uran və plutoniumdan istifadə olunan belə stansiyalarda nüvə reaktorunda alınan istilik turbogeneratoru fırladan su buxarının hasilə gəlməsinə sərf edilir. Üzvi yanacaqla işləyən elektrik stansiyalarından əsas fərqi yanacaq istehsalçısından asılı olmayaraq uzun müddət müstəqil işləyə bilməsidir