gototop gototop

Dictionary

İNNOVASİYA

(latınca - innovare - yeniləşmə) texnika, texnologiya, əməyin təşkili və ya idarə edilməsi sahəsində elmi naliyyətlərdən və qabaqcıl təcrübədən istifadə edilməklə yeniləşmə tədbirlərinin həyata keçirilməsi sistemi. İlk dəfə “innovasiya” termini Amerika iqtisadçısı Yozef Şumpeterin (1883-1950) 1912-ci ildə yazdığı «İqtisadi inkişaf nəzəriyyəsi» əsəri ilə elmi dövriyyəyə çıxarılmışdır. “İnnovasiya” anlayışı “ixtira” və “kəşf” terminlərindən fərqlənir. Kəşf və ixtira əvvəllər mövcud və ictimayiət üçün aşkar olmayan, kardinal və inqilabi mexanizmləri ifadə edərək yeni fundamental həqiqətlərin təsdiqinə əsaslanır. Məqsədyönlü, dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir. İqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anlayışı daha məzmunlu əhəmiyyət kəsb edir. İnnovasiya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, müasir zamanda o, istehsal idarəeməsinin təşkilatı metodlarını da əhatə dairəsinə qatmışdır.