gototop gototop

Dictionary

İNKİŞAF ETMİŞ ÖLKƏLƏR

(ingiliscə - developed countries - inkişaf etmiş ölkələr) dünya iqtisadiyyatında hakim mövqe tutan, iri elmi-texniki potensiala malik  ölkələr qrupu. Bu ölkələrdə dünya əhalisinin 15-16%-i yaşayır və dünya iqtisadi, elmi-texniki potensialının əsas hissəsi yaradılaraq qlobal ümumi məhsulunun ¾ hissəsi istehsal edilir. İnkişaf etmiş ölkələrin dünya iqtisadiyyatına təsiri olduqca böyükdür və onları çox zaman sənaye ölkələri və ya sənaye cəhətdən inkişaf etmiş ölkələr də adlandırırlar. Konkret olaraq, inkişaf etmiş ölkələr qrupuna böyük 7-likdə təmsil olunan ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada daxildir.