gototop gototop

Dictionary

İNFRASTRUKTUR

(latınca - infra - alt, structura - quruluş) hər hansı bir problemin həllinin təminatında qarşılıqlı əlaqədə olan xidmətedici strukturlar kompleksi, alt struktur. İstehsal (yollar, kanallar, nəqliyyat, rabitə, limanlar, terminallar, anbarlar, enerji və su təchizatı və s.) və sosial (elm, təhsil, səhiyyə və s.) fərqləndirirlər. Bir sıra hallarda infrastruktur təsərrüfat sahələrini əhatə edən kompleks kimi də təyin edilir. Daha çox iqtisadi məzmun daşıdığına görə infrastruktura üstün olaraq məhz iqtisadi kateqoriya kimi yanaşılır. Anlayış olaraq ilk dəfə 1940-cı illərinin sonunda burjua siyasi iqtisad nəzəriyyəsində meydana çıxmış, 1955-ci ildə amerkalı iqtisadçı P.N.Rozeynşteyn-Rodan tərəfindən geniş elmi dövriyəyə buraxılmışdır.