gototop gototop

Dictionary

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

(ingiliscə - information security - informasiya təhlükəsizliyi) 1) Məlumatların tamlığını və informasiyaların konfidensiallığını təmin etməklə yanaşı, onlardan razılaşdırılmış qaydada istifadəyə imkan yaradan təşkilati-texniki tədbirlər kompleksi. 2) informasiya sistemlərinin mühafizəsi səviyyəsini əks etdirən göstərici. İnformasiya təhlükəsizliyi dövlətin informasiya resurslarının və informasiya sferasında şəxsiyyət və cəmiyyətin hüquqlarının qorunması vəziyyətini əks etdirir. O, konfidensiallıq, bütövlük və informasiyaya geriş təmin edən proses kimi çıxış edir. İnformasiya təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin ümumi sisteminin tərkib hissəsini təşkil edir.