gototop gototop

Dictionary

İNFORMASİYA-KOMMUNIKASİYA TEXNOLOGİYALARI, İKT

«İnformasiya-kommunikasiya texnologiyaları» ifadəsinin hər üç struktur sözü latın mənşəlidir. «İnformasiya» - (latınca - informatio - məlumat vermə, ifadəetmə, aydınlaşdırma) - təqdimat formasından asılı olmayaraq hər hansı bir şey haqqında məlumatı ifadə edir. «Kommunikasiya» - (latınca - communicate - rabitə) məlumat və rabitə vasitəsi kimi şərh edilir. «Texnologiya» - (yunanca - techne - sənət, ustalıq, bacarıq və logos - söz, təlim, oyrənmə) maddənin enerjiyə çevrilməsi, informasiyanın hazırlanması, ötürülməsi, materialın emalı, hazır məhsulun yığılması, keyfiyyətə nəzarət, idarəetmə və s. bu kimi təyinatlara malikdir. Ümümilkdə isə “informasiya-kommunikasiya texnologiyaları” - informasiyaların təsbit olunmasını, onun emalını və mübadiləsini təmin edən texnologiyalar məcmusu kimi anlaşılır. İKT dedikdə, həmçinin mikroprosessorlar və hesablama texnikası bazasında aparat-proqram avadanlıqları, qurğular və elektron informasiyanın yaradılması, yığılması, saxlanması, ötürülməsi sisteminin müasir vasitələri də nəzərdə tutulur. Buraya kompüterlər, proqram təminatları, şəbəkə infrastrukturu, elektron rabitə vasitələri və s. daxildir. Bu baxımdan İKT həm də iqtisadi və sosial məzmun kəsb edir. BMT Baş Assambleyasının 2002-ci il 20 dekabr tarixli 57/295 saylı «İnkişaf naminə informasiya-kommunikasiya texnologiyalarının istifadə olunması» qətnaməsində məhz bu məsələlər önə çəkilərək İKT-nin sosial-iqtisadi həyatın bütün bölmələrində təsirindən bəhs edilir.