Archive
Dictionary
(latınca - information, informare - məlumatlandırmaq, formaya salmaq) hara çatdırılmasından asılı olmayaraq çoxşaxəli məlumat. Yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq informasiya istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatları xarakterizə edir. Materialist fəlsəfə nöqteyi-nəzərindən informasiya məlumatların (məlumatvermənin) köməyi ilə real dünyanın təsviri kimi nəzərdən keçirilərək dəyərləndirilir. Ümumi elmi anlamda informasiya insanlar arasında, həmçinin insanlar və qurğular arasında məlumat, canlı və cansız təbiətlə siqnallar mübadiləsini əks etdirsə də, müasir iqtisadi ədəbiyyatlarda onun müxtəlif təriflərinə rast gəlinir.