gototop gototop

Dictionary

İNFLYASİYA

(latınca - inflatio - şişirtmə) - dövriyyədə olan kağız pul kütləsinin artımı nəticəsində pulların dəyərinin kəskin aşağı düşməsi prosesi. Termin ilk dəfə Şimali Amerkada 1861-1865-ci illərdə baş verən vətəndaş müharibəsində işlədilmiş və sonrada Avropada geniş yayılmışdır. Lakin inflyasiyanın tarixi pulların meydan gəldiyi zamandan hesablanır. İnflyasiya mürəkkəb sosial-iqtisadi hadisə olub, hər bir ölkənin iqtisadiyyatında ciddi problem kimi çıxış edir. O, iqtisadiyyatda hər hansı bir səbəbdən yaranan və davam edən bərabərsizliyin göstəricisi və bilavasitə kağız pulun hərəkəti ilə bağlı olan və yaranan bir prosesdir. İnflyasiyanın əsas səbəbləri büdcə kəsirinin mövcudluğu, pul tədavülü qanununa əməl olunmaması, sərmayə qoyuluşlarının həcmi, əməkhaqqının əmək məhsuldarlığına nisbətən üstün artması, pul-kredit və vergi sahəsində düzgün olmayan siyasətin aparılması, azad rəqabətin inhisarla əvəz olunması, iqtisadiyyatın hərbiləşdirilməsi və xarici-iqtisadi amillər əks etdirir. Hiperinfilyasiya inflyasiyanın ən yüksək səviyyəsidir.