gototop gototop

Dictionary

İQTİSADİYYATIN TƏMZİMLƏNMƏSİNİN NEOKLASSİK MODELİ

(ingiliscə - neoclassical model of economic regulation - iqtisadiyyatın təmzimlənməsinin neoklassik modeli) iqtisadi agentlər tərəfindən əldə olan informasiyalardan istifadə etməklə iqtisadi proseslərin proqnozlaşdırmasına və optimal qərarlar qəbul edilməsinə imkan yaradan tənzimləmə modelidir. Neoklassik model yalnız qəti rəqabəti şərtləndirir və istehsal amillərindən səmərəli istifadə kontekstində özünü tənzimlənmə mexanizmi kimi mükəmməl işləyir. Burada başlıca ideya kimi bazar sisteminin optimallığı önə çıxır. Neoklassik modelə monetarizm, təklif iqtisadiyyatı və rasional gözləmələr nəzəriyyəsi aid olunur.