Archive
Dictionary
İQTİSADİ NƏZƏRİYYƏNİN TARİXİ MƏKTƏBİ
XIX əsrin ortalarında Almaniyada yaranmış, induktiv tarixi tədqiqat metodlarına əsaslanaraq milli iqtisadi inkişaf konsepsiyasına üstünlük verən mühüm iqtisadi fikir cərəyanlarından biri. Görkəmli nümayəndələri: A.Müller, F.List, V.Roşer, K.Knist, B.Gildebrant.