Archive
Dictionary
(ingiliscə - economic theory - iqtisadi nəzəriyyə) resursların məhdudluğu şəraitində insanların tələbatının maksimum ödənilməsinin seçim problemini öyrənən ictimai elm. Bir çox məktəb və istiqamətlərdən ibarətdir. Əsas vəzifəsi iqtisadi həyatda baş verən hadisələrin həqiqətlilik modellərinin köməyi ilə izahını vermək və onu real iqtisadiyyatda əks etdirməkdən ibarətdir. İqtisadi nəzəriyyə bir sıra bölmələrdən ibarətdir: iqtisad elminin metodologiyası, mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, ekonometriya, oyunlar nəzəriyyəsi. Müasir iqtisadi nəzəriyyəyə bir sıra elmi məktəbləri və istiqamətləri aid etmək olar: monetarizm, yeni institusional iqtisadi nəzəriyyə, yeni keynsçilik, neyro iqtisadiyyat, yeni siyasi iqtisad, Avstriya məktəbi, iqtisadiyyat və hüquq.