gototop gototop

Dictionary

İQTİSADİ GÜC

(ingiliscə - economic power - iqtisadi güc) diplomatik termin kimi istifadə edilir. İqtisadi aspekt də daxil olmaqla ümumilikdə onu “dövlətin gücü” anlayışı əvəz edir. Dövlətin gücü - dövlətin geosiyasi məqsədlərə nail olması üçün istifadə olunan əyani maddi və mənəvi imkanların məcmusudur. Bura hərbi-siyasi, hərbi, hərbi-iqtisadi, iqtisadi, demoqrafik, enerji, texnoloji və informasiya gücü daxildir. Gücün hərbi növləri hərbi qüvvələrin sayını, nüvə və başqa silahların miqdarını və mövcudluğunu nəzərdə tutur. Dövlətin iqtisadi gücü makroiqtisadi göstəricilərlə xarakterizə olunan, milli iqtisadiyyatın səviyyəsinə çatmış məcmudur. İqtisadi güc ümumi milli məhsulun, insan inkişafı indeksi, əhalinin sayı, onun alıcılıq qabiliyyəti və daxili istehlak bazarının tutumu göstəricilərində əks olunur. Dövlətin gücünün mühüm amili hərbi təhlükəsizliyi, enerji və başqa təbii resursların mövcudluğunu yüksəldən böyük əraziliyi və strateji tranzitlikdir.