Archive
Dictionary
(ingiliscə - starvation - aclıq) orqanizmin, əsas fizioloji funksional tarazlığı - homeostazın saxlanılması üçün zəruri olan maddələrin kifayət etməyən axını ilə müşayiət edilən vəziyyəti. Mütləq və nisbi, tam, natamam (kəmiyyətcə qidalanmama) və qismən (keyfiyyətcə qidalanmama) aclıq kateqioriyalarına bölünür. Mütləq aclıq orqanizmin həyatının saxlanılması üçün minimal qidanın çatışmazlığı və ya tamam olmaması ilə xarakterikdir. Nisbi aclıq gizli səciyyəvi mahiyyət daşıyan, xroniki olaraq keyfiyyətsiz və ya orqanizmin aktiv fəaliyyətini saxlamaq üçün zəruri vitaminləri çatışmayan ərzaq məhsulları ilə qidalanma nəticəsində təzahür edir. Qlobal miqyasda aclıq yemək rasionunda həyat üçün zəruri olan komponentlərin çatışmazlığını özündə ehtiva edərək sosial hadisə və problem kimi xarakterizə olunur. Aclıq sosial fəlakət təzahürlü kütləvi hal kimi ərazidə əhalinin qırılmasına səbəb olur. Zəruri qida qəbulundan 7 dəqiqə sonra aclıq vəziyyəti dəf edilir. İnsanlar öz əmək qabiliyyətlərini sabit saxlamaq üçün, elmi əsaslandırmalara görə, gün ərzində 2600 kilokalori (1 qram suyu 1 dərəcə selsi qızdırmaq üçün tələb olunan istilik enerji) enerji ekvivalentində ərzaq qəbul etməlidirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə, bir insanın qidalanma norması 2400-2500 kilokalori olmalıdır. Hesablamalara görə, aclıq 1800 kilokalori enişində baş verir. «Kritik aclıq vəziyyəti» 1000 kilokalori aşırımında təzahür edir.