gototop gototop

Dictionary

İDDİA

(ingiliscə - suit, claim, lawsuit - iddia) qanunvericilik, müqavilə şərtləri və ya digər hüquqi qaynaqlar əsasında məhkəmə və ya arbitraj qaydasında iddiaçi tərəfindən cavabdehə irəli sürülən tələb. İddia məhkəməyə ünvanlanmış iddia ərizəsi ilə iddianın məzmununu əks etdirən (iddianı təsdiq edən sübutlar, iddianın qiyməti və digər müşaiyətedici sənədlər) və maraqlı tərəflərin ünvanları təsbit olunmuş formada təqdim olunur.