Archive
Dictionary
İBTİDAİ İCMA QURULUŞU
(ingiliscə - primitive society - ibtidai icma quruluşu) - cəmiyyət həyatının, bəşər tarixinin yazı mədəniyyətinin mənimsənilməsinə qədərki dövrü. Burada “yazı mədəniyyəti“ anlayışı özü də bir qədər mübahisəlidir. Belə ki, ayrı-ayrı xalqlar yazı mədəniyyətini müxtəlif zamanlarda mənimsəmişlər. Buna baxmayaraq yazı mədəniyyəti digər arxifaktlarla müqayisədə yazı mənbələrinə istinadən tarixin tədqiqinə daha əlverişli imkan edir. İbtidai icma quruluşu bəşər tarixinin ən erkən çağlarını əhatə edərək daş, sümük, ağac və s. alətlərdən istifadə əsasında ovçuluq, yığıcılıq, balıqçılıq üzərində qurulan təsərrüfat həyatıdır. Zaman ölçüsündə ibtidai icma quruluşu təqribən bir milyon ili əhatə edir.